Nərimanın ABŞ klubundakı maaşı məlum oldu

Bir müddət əvvəl “Qarabağ”dan ABŞ-nin “Kolambus Kryu” klubuna keçən Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin maaşı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytında dərs olunan hesabatda məlumat verilib. 

Axundzadənin illik maaşı vergilərlə birlikdə 633 min 390 dollar (bugünkü məzənnəyə görə 1 milyon 7 min 600 manat), vergilərsiz isə 550 min dollar (935 min manat) təşkil edir. Siyahıya isə Lionel Messi başçılıq edir. O, illik 28 milyon dollar maaş alır. 

Axundzadə “Kolambus Kryu” ilə 3,5 illik müqavilə imzalayıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button