
Nəriman məhsuldar ötürmə etdi, komandası qələbəyə sevindi
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” komandasında məhsuldar ötürmə müəllifi olub.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu “Nyu-York Siti”yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda məhsuldar ötürmə ilə yadda qalıb.
O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.
Qarşılaşmaya ilk “11-lik”də başlayan Axundzadə 64-cü dəqiqədə əvəzlənib.
“Kolambus Kryu” yarımfinalda “Orlando Siti” ilə üz-üzə gələcək. Azərbaycan millisinin üzvünün komandası ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



