“Nyukasl” braziliyalı futbolçusu ilə danışıqlara başlayacaq

“Nyukasl”ın rəhbərliyi yarımmüdafiəçi Bruno Gimarayeşi komandada saxlamaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu tezliklə braziliyalı futbolçunun müqaviləsinin müddətini uzatmaq üçün danışıqları davam etdirəcək.

Gimarayeş 2022-ci ilin yanvar ayından “Nyukasl”da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 31 oyunda meydana çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button