“Nyukasl” cəzalı futbolçusuna əvəzləyici tapıb

“Nyukasl” qış transfer pəncərəsində “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsi transfer etməyi planlaşdırır.

Komanda.az “90min”-ə istinadən xəbər verir ki, “Nyukasl” 28 yaşlı futbolçunu icarəyə götürmək istəyir. “Şəhərlilər” təklifi qəbul etməyə hazırdır, ancaq geri satınalma bəndinin sövdələşməyə daxil edilməsi şərti ilə.

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali mərc oyunlarına görə cəzalandırıldıqdan sonra İngiltərə klubu ona əvəzləyici axtarır.

Fillips bu mövsüm “Mançester Siti”nin heyətində bütün yarışlarda 8 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button