Noyerin çıxışına komanda yoldaşından reaksiya: “Onun üçün bu, adi bir gündür”

“Bayern”in müdafiəçisi Conatan Ta komandanın qapıçısı Manuel Noyerin “Real”a qarşı keçirdiyi oyundakı çıxışını şərh edib.

Almaniyalı qolkiper dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında 9 seyvlə yadda qalıb və komandasının səfər qələbəsində (2:1) əsas qəhrəmanlardan olub. Bu göstərici onun 2017-ci ildən bəri Avropa turnirlərinin pley-off mərhələsində ən yaxşı nəticəsi olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra danışan və komandanın ümumi çıxışını dəyərləndirən Ta, məmnun olduqlarını bildirib:

“Qələbədən və oyunumuza görə çox məmnunuq. Çətin səfər matçında çox inamlı oynadıq. Düşünürəm ki, daha çox qol vura bilərdik. Növbəti həftə üçün yaxşı vəziyyətdəyik və işi bitirməliyik”.

O, Noyerin performansına isə qısa və maraqlı şərh verib:

“Onun üçün bu, sadəcə ofisdə adi bir gündür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button