Noyer qərar verməyə tələsmir

“Bayern”in 39 yaşlı qapıçısı Manuel Noyer klubla müqaviləsinin müddətinin uzadılması mövzusuna yenidən münasibət bildirib.

Komanda.az “Sky Sport Germany”-yə istinadən xəbər verir ki, almaniyalı qolkiper qərar verməmişdən əvvəl fiziki durumunu diqqətlə qiymətləndirmək istədiyini deyib:

“Bu məsələdə tələsmək istəməzdim. Əsas olan doğru anı tapmaq və özündən soruşmaqdır: “Bədənim necədir? Sağlamlığım nə yerdədir? Davam etməyin mənası varmı?” Mənə bir az daha vaxt lazımdır”.

Noyer 2011-ci ildən “Bayern”in şərəfini qoruyur. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 17 oyunda iştirak edib, 16 top buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Onun klubla mövcud müqaviləsi yayda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button