Noyer qərarsızdır

“Bayern”in qapıçısı Manuel Noyer hələ də karyerası ilə bağlı yekun qərar verməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu yayda karyerasını bitirib-bitirməyəcəyini müəyyənləşdirməyib.

O, bu məsələni “Real”la keçiriləcək UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunlarından sonraya saxlayıb.

Almaniyalı qolkiper bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 27 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb. Onun “Bayern”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button