“Növbəti mərhələyə çıxmaq istəyirdik və bunu da bacardıq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının Avropa Liqasının 1/8 final mərhələsinin “Sparta” (Praqa) ilə cavab oyununda qazandığı qələbədən (6:1) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komandanın oyunundan razı qalıb:

“Bu gün düzgün ritm və intensivliklə oynadıq. Bu matça məhz belə yanaşmalıydıq. Növbəti mərhələyə keçə bilməyəcəyimizi, 0:5 hesabı ilə hansısa formada uduzacağımızı gözləmirdim. Oyunun nə qədər yaxşı olacağı bizdən asılı idi və açıq-aydın futbolumuzdan həzz aldıq. Bir neçə fantastik qol vurduq və hesabda erkən önə keçdik. Biz bunu bacardıq və gördüklərimin çoxunu bəyəndim. Növbəti mərhələyə çıxmaq, yaxşı oynamaq, qol vurmaq istəyirdik və bunu da bacardıq”.

Ümumi hesabda (11:2) “Liverpul” “Sparta”nı məğlub edərək, Avropa Liqasının 1/4 finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button