“Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq” – Obradoviç

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Norveç – Azərbaycan qarşılaşmasından sonra (1:2) millinin baş məşqçisi Milan Obradoviç oyunla bağlı danışıb.

Komanda.az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan serbiyalı mütəxəssis bunları deyib:

“İlk öncə bugünkü oyuna görə futbolçulara təşəkkür edirəm, onlarla fəxr edirəm. Komanda meydanda əsl əzmkarlıq nümayiş etdirib, Azərbaycan futbolunu layiqincə təmsil etdi. Norveç qrup birincisi olmaq üçün oynamasına baxmayaraq, ilk hissədə onlara heç bir şans vermədik.

Fasilədən sonra qarşılıqlı hücumlar olsa da, rəqib əlinə düşən fürsətdən daha layiqincə yararlandı. Düzdür, əvəzetmələr sayəsində, oyunda dönüş yaradıb, hesabı bərabərləşdirdik. Lakin Norveç komandası standart vəziyyətdən fərqlənib, qələbə topunu vurdu. Bununla belə, nəticəyə baxmayaraq, Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq. Komandama təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button