Fransalı hücumçu “Mançester Yunayted”ə keçmək üçün can atır

“Çelsi”nin hücumçusu Kristofer Nkunku karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.

Fransalı futbolçu “Mançester Yunayted”ə keçməkdə maraqlıdır. Nkunkunun transferə can atdığı deyilir. Daha əvvəl “qırmızı şeytanlar”ın 27 yaşlı oyunçunu cari mövsümün sonuna qədər icarəyə götürmək niyyətində olduğu barədə məlumatlar yayılıb.

Nkunku bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button