“Nkunkuya “yalançısan” dedim” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın hücumçusu Kristofer Nkunkunun “Nyukasl”la oyunda debüt etməyə hazır olması ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Football London”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis futbolçunun bərpasından razı qaldıqlarını bildirib:

“Əvvəllər Nkunku mənə beynəlxalq fasilədən sonra – “Nyukasl”la görüş üçün oynamağa hazır olacağını demişdi. Dünən yenə ondan soruşdum “hmmmm” dedi, “yalançısan” dedim. Dərhal dedi: “Yox, yox, hazıram”. Onun dönüşü yaxındır və məşqlərdə yaxşı işləyir. Biz onun bərpasından çox razıyıq. O, böyük peşəkardır”.

Nkunku 60 milyon avro müqabilində “Leyptsiq”dən “Çelsi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button