Niderland millisinin yeni baş məşqçisi müəyyənləşdi

Futbol üzrə Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az “De Telegraaf”a istinadən xəbər verir ki, Ronald Kumanın “Barselona”ya getməsindən sonra millinin boş qalan baş məşqçi postu Frank de Bura tapşırılıb. Federasiyanın 50 yaşlı mütəxəssislə anlaşdığı və onunla 2022-ci ilədək nəzərdə tutulan müqaviləyə imza atılacağı bildirilir. Təyinatın ən geci bu həftənin sonu və ya gələn həftənin əvvəlində rəsmi şəkildə açıqlanması gözlənilir.

De Bur məşqçilik karyerası ərzində “Ayaks”, “İnter”, “Kristal Pelas”, “Atlanta Yunayted” kimi komandaları çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button