Neymardan Braziliya millisi haqda açıqlama

“Santos”un hücumçusu Neymar dünən “Korintians”la keçirilən matçdan (1:1) sonra baş məşqçi Karlo Ançelottinin onu Braziliya millisinə çağırıb-çağırmama ehtimalı ilə bağlı fikirlərini bölüşüb. O, “Korintians”la matçda tam 90 dəqiqə oynayıb və məhsuldar ötürmə verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu çağırılıb-çağırılmamasından asılı olmayaraq, həmişə Braziliya millisini dəstəkləyəcəyini bildirib:

“Çağırılıb-çağırılmamağımdan asılı olmayaraq, həmişə Braziliya millisini dəstəkləyəcəm”.

Əvvəllər mətbuatda braziliyalı oyunçunun 2026-cı il dünya çempionatı üçün ilkin siyahıda olduğu bildirilirdi.

Braziliya millisi yaxın günlərdə iki yoxlama oyunu keçirəcək. Komanda martın 26-da Fransa, aprelin 1-də isə Xorvatiya yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button