“Neymar əvəzedilməz deyil” – Tite

Braziliya milli komandasının baş məşqçisi Tite yığmanın futbolçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis, PSJ-nin şərəfini qoruyan hücumçunun yığma üçün əvəzedilməz olmadığını bildirib:

“Neymar oyuna gözlənilməzlik gətirir. O, digər futbolçuların edə bilmədiyi fərdi və ya kollektiv bir çıxış yolu tapa bilir. Neymar olduqda komandanın potensialı daha yüksək olur. O, bizim üçün vacibdir, amma Neymar əvəzedilməz deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button