“Neftçi”nin zədəli futbolçularından yeni xəbər

“Neftçi”nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir:

“Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir”.

“Neftçi” bu gün 6-cı turda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Oyun saat 18:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button