“Neftçi”nin yoxlama matçındakı rəqibi məlum olub

Yanvarın 4-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verəcək “Neftçi”nin yoxlama oyununda üz-üzə gələcəyi komandalardan biri dəqiqləşib.

Komanda.az “Lapsi.al” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar” Albaniyanın “Partizani” kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma yanvarın 9-da gerçəkləşəcək.

“Neftçi”nin hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. Paytaxt təmsilçisi bu Türlkiyədə iki yoxlama matçı keçirməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button