“Neftçi”nin rəqibi iki futbolçusu ilə vidalaşdı

“Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) komandası iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Tbilisi təmsilçisi müdafiəçi Viktor Monçil və yarımmüdafiəçi Filip Orşula ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 7-də Tbilisidə, cavab matçı isə 14-də Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button