“Neftçi”nin keçmiş baş məşqçisi Moldova millisində

“Neftçi” klubunun sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri açıqlanıb.

Komanda.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Moldova yığmasını çalışdıracaq. İtaliyalı məşqçi bu postda türkiyəli Engin Fıratı əvəzləyib. Onunla DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb.

Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub. Bakı klubuna gələnədək isə o, Moldova “Şerif”inin “sükanı arxasında” çalışıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button