
“Neftçi”nin futbolçusu Afrika Millətlər Kubokundan qayıtdı
“Neftçi”nin futbolçusu Sessi D Almeyda klubun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki düşərgəsinə qoşulub.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Benin millisi ilə birlikdə Afrika Millətlər Kubokunda çıxış edib.
“Piramids”lə oyunun (1:1) ertəsi günü bərpa məşqi keçib istirahətə buraxılan “ağ-qaralar” bu gün baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıb. Komanda toplanışa axşam məşqi ilə davam edəcək.
“Neftçi” toplanış çərçivəsində sonuncu yoxlama oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək. “321 Sports Club” stadionunda təşkil olunacaq görüş həm yerli, həm də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



