“Neftçi”nin kapitanı HİK-lə səfər matçında olacaq? AÇIQLAMA

“Neftçi”nin Finlandiyanın HİK komandasına qarşı keçirdiyi Avropa Liqasının 3-cü mərhələsinin ilk matçında səhhətində problem olan Aqil Məmmədovun və Emin Mahmudovun son durumu məlum olub.

“Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Komanda.az-a verdiyi məlumata görə, hər iki futbolçunun durumu hazırda yaxşıdır. Qapıçı Aqil və yarımmüdafəçi Emin HİK-lə cavab matçında iştirak edə biləcək.

Aqil Məmmədov HİK-lə oyunun 18-ci dəqiqəsində ehtiyat qapıçı Kamran İbrahimovla əvəzlənmişdi. Emin isə matçın bitimindən sonra yerdə qalmış və həkimlərin müdaxiləsindən sonra meydanı tərk etmişdi. Qarşılaşmadan sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov mətbuat konfransında hər iki futbolçunun səhhətində problemlərin olduğunu demişdi.

“Neftçi” HİK-lə ilk matçda qollu bərabərə qalıb – 2:2. Komandalar arasındakı cavab oyunu avqustun 12-də, Finlandiyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button