“Neftçi”ni çalışdıracağı deyilən məşqçinin başqa “müştəri”si var

“Neftçi”nin baş məşqçi postuna namizədlərdən olduğu iddia edilən Abdullah Avcı Türkiyədə çalışa bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar”ın siyahısında olduğu iddia edilən 62 yaşlı məşqçi “Rizəspor”la danışıq aparır.

Tərəflər arasında ilkin razılıq əldə olunduğu bildirilir.

“Başakşəhər”, “Beşiktaş”, “Trabzonspor” və Türkiyə millisini çalışdırmış Avcının ölkəsində qalmağa üstünlük verəcəyi iddia edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button