“Neftçi”dən ayrılan futbolçu rəsmən Braziliya klubunda

“Neftçi”dən ayrılan Gilyerme Patonun yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ölkəsinin “Fiqeyrense” komandasına keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. C Seriyası təmsilçisi 23 yaşlı vingerlə 2024-cü ilin sonunadək müqavilə bağlayıb.

Xatırladaq ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Gilyerme Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button