“Neftçi” və “Sərhədçi”dən qələbə

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunda daha iki oyun keçirilib.

Komanda.az xəbər verir ki, hər iki görüş A qrupunda baş tutub.

“Sərhədçi” Bakı İdman Sarayında NTD-yə 103:77 hesabı ilə qalib gəlib. “Neftçi” isə Abşeron Olimpiya Kompleksində “Abşeron”u 85:75 hesabı ilə üstələyib.

20-ci turun əvvəlki matçlarında “Şəki” “Lənkəran”ı 107:78, “Ordu” “Quba”nı 97:88 hesabı ilə məğlub edib. Tura aprelin 6-da yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button