“Neftçi” “Turan Tovuz”la oyuna iki əskiklə hazırlaşır

“Neftçi” Premyer Liqanın 25-ci turunda qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, “Qarabağ”la oyunun ertəsi günü istirahət edən “ağ-qaralar” martın 1-də hazırlığa başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə zədəli Ataa Caber iştirak etməyib. Rəhman Hacıyev isə fərdi məşğul olub.

Martın 5-də saat 19:30-da “Bakcell Arena”da keçiriləcək matçın biletləri dünəndən satışdadır. Qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button