“Neftçi” sabah yeni ildə ilk oyununa çıxacaq


“Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsini davam etdirir.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün də iki məşqə çıxıb.

Klubun bazasında baş tutan axşam məşqinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Hazırlıq sabah ikitərəfli oyunla davam edəcək. Saat 11:00-da başlanacaq görüş klubun bazasında baş tutacaq.

Xatırladaq ki, “Neftçi” bununla da Bakıdakı təlim-məşq toplanışı başa vuraraq yanvarın 13-də Türkiyəyə yola düşəcək. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” ayın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan” (Liberes, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button