“Neftçi” Rusiyaya yola düşüb

“Neftçi” “Matç TV” kubokunda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” çarter reysi ilə turnirin təşkil olunacağı məkana gedib.

Yeni transfer Emil Balayev də səfərə yollanan heyətə cəlb olunub.

Bakı təmsilçisi turnir çərçivəsində 3 oyun keçirəcək. Komanda iyulun 1-də yerli “Zenit”, 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button