“Neftçi” – “Rapid” oyununun biletləri satışa çıxarıldı

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” (Vyana) oyununun biletləri satışa çıxarılıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, biletləri matçın oynanılacağı “Bakcell Arena” stadionunun kassalarından əldə etmək mümkündür.

Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) manat təşkil edir. Biletlərin satışı “Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir.

Avqustun 4-də keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button