Bakıda “dostluq”, Qəbələdə “Sabah” qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda lider “Qarabağ” ikinci sırada yer alan “Neftçi”nin qonağı olub. 8-ci km stadionunda keçirilən görüşdə hesab açılmayıb.

Dünən daha bir oyun keçirilib. Turnir cədvəlində 3-cü sırada yer alan “Keşlə” ən yaxın izləyicisi “Səbail”lə üz-üzə gəlib. Turun açılış matçında olduğu kimi, bu görüşdə də qapılara qol vurulmayıb.

Bu gün keçirilən 2 oyunla 10-cu tura yekun vurulub. Günün ilk oyununda “Zirə” “Sumqayıt”ı qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma heç-heçə yekunlaşıb.

“Sabah” isə səfərdə “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran paytaxt təmsilçisi əzmkar qələbəyə sevinib. Beləcə, bu tur qeydə alınan ardıcıl üç heç-heçədən sonra meydan qələbə ilə tərk edən komanda tapılıb.

Azərbaycan Premyer Liqası, 10-cu tur

1 noyabr

Neftçi – Qarabağ 0:0

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
8-ci km stadionu, 20:00

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 3. Aylton Silva, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli, 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov

______________________________________________________________________________

2 noyabr

Səbail – Keşlə 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 16:00

Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 22. Mirabdulla Abbasov, 6. Maykl Esyen, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
______________________________________________________________________________

3 noyabr

Zirə – Sumqayıt 2:2
Qol: Mfo Kqasvane, 3. Riçard Qadze, 58 – Peyman Babayi, 30-pen. Əmir Ağayev, 81.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 15:00

Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 99. Rafael Məhərrəmli, 64. Kənan Cəfərov
Baş məşqçi: Zaur Həşimov

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

Qəbələ – Sabah 1:2
Qol: Davit Volkov, 43 – Cavid İmamverdiyev, 53. Hendrik Ekşteyn, 73.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu, 17:00

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev
Baş məşqçi: Azər Bağırov

Sabah: 1. Saşa Stamenkoviç (k), 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Rövşən Babayev