“Neftçi” – “Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda!

Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə “Qalatasaray” arasında keçirilməli olan oyunun stadionu dəyişdirilib.

Komanda.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi 8-ci km stadionunda yox, Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu barədə UEFA-nın rəsmi saytında da müvafiq dəyişiklik edilib.

Sentyabrın 17-də keçiriləcək “Neftçi” – “Qalatasaray” matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button