“Neftçi” Mutunun istefasını rəsmən açıqladı

Bu gün “Neftçi” PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar diləyib.

Eyni zamanda, klub Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, Mutu bu ilin yayında “Neftçi”nin baş məşqçisi təyin olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button