“Neftçi”də 2 illik müqavilə – rəsmi

“Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qolkiper 2021/2022-ci illər mövsümünün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev də yeni anlaşmaya imza atmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button