“Neftçi” italyan gətirdi

Yanvarın 13-də Antalya təlim-məşq toplanışına start verən “Neftçi”nin üzvləri tibbi baxışdan keçirlər.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuları tibbi baxışdan keçirmək üçün düşərgəyə xüsusi olaraq osteopat, fizioterapevt Rikardo Kontiqlian dəvət edilib.

49 yaşlı italiyalı həkim daha bir neçə gün “Neftçi”nin futbolçularını müayinə edərək, öz sahəsinə aid olan spesifik manipulyasiyaları onlara tətbiq edəcək.

Baş məşqçi Roberto Bordinin çalışdırdığı “Ellas Verona” (İtaliya) və “Şerif” (Moldova) klubları ilə əməkdaşlıq etmiş Rikardo Kontiqlianinin sonuncu iş yeri “Latsio” olub. O, Roma təmsilçisində 3 il çalışıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button