
“Neftçi” futbolçusunu “Qəbələ”yə icarəyə verdi – Rəsmi
“Neftçi” qapıçısı Rza Cəfərovu “Qəbələ”yə icarəyə verib.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, Bakı klubu futbolçunun müqaviləsinin müddətini 2027/2028 mövsümünün sonunadək artırıb.
Rza Cəfərov satınalma şərti olmadan cari mövsümün sonunadək “Qəbələ”də çıxış edəcək.
2022/2023 mövsümündən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



