“Neftçi” “Dinamo” qarşısında: Bakılılar puluna, heyətinə görə gürcüləri üstələyir – faktlar, rəqəmlər

“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşacaq. Sabah, “Dinamo Arena”da keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək.

“Dinamo” hazırda davam edən Gürcüstan çempionatında 21 turdan sonra 41 xalla 2-ci sırada yer alıb. Tbilisi təmsilçisi lider Batumi “Dinamo”sundan 2 xal geri qalır. “Dinamo” (Tbilisi) 21 turda 32 qol vurub, 17-sini buraxıb. Bu qolların 17-si hücumçuların payına düşür. Zoran Maruşiç 9, Georgi Qabedava isə 8 qol vurub.

“Dinamo”nun “transfermarkt”da dəyəri 5,51 milyon avrodur. Tbilisi təmsilçisi ev oyunlarını 55 min tamaşaçı tutumuna malik olan Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçirir. Komandanın baş məşqçisi Kaxaber Tsxadadzedir. Gürcü mütəxəssis daha əvvəl Azərbaycanda “İnter” (indiki “Keşlə”) və “Standard”da baş məşqçilik edib.

Tbilisi təmsilçisinin heyətində 7 legioner var. Komandanın hazırkı heyətində gürcü futbolçularla yanaşı, Fransa, İspaniya, Niderland, Serbiya, Slovakiya və Qvineyadan olan legionerlər yer alır. Komandanın ən dəyərli oyunçusu David Mavutordur. Bir neçə gün əvvəl azad agent kimi kluba keçən yarımmüdafiəçinin qiyməti 400 min avrodur. Mavutor “Neftçi” ilə keçiriləcək oyunları buraxacaq.

“Neftçi”nin “transfermarket”də dəyəri 7,83 milyon avrodur. “Ağ-qaralar” ev oyunlarını 11 min tamaşaçı tutumuna malik olan 8-ci km stadionunda keçirir. Komandanın baş məşqçisi Samir Abasovdur. Paytaxt klubunun heyətində 7 legioner var. Azərbaycan Premyer Liqasının son qalibi olan “Neftçi”də Serbiya, Qvineya, Seneqal, Mərakeş, Paraqvay, Nigeriya, San-Tomedən olan legionerlər yer alır. Komandanın ən bahalı oyunçusu Emin Mahmudovdur. Yarımmüdafiəçinin qiyməti 1 milyon avrodur.

“Neftçi”nin ötən mövsümdə bombardiri 19 qolla Namik Ələskərov olub. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 750 min avrodur.

“Neftçi” SSRİ çempionatının güclülər dəstəsində “Dinamo” ilə indiyədək 52 oyunda qarşılaşıb. Bu matçların 11-də “ağ-qaralar”, 25-də isə “Dinamo” qələbə qazanıb. Tərəflər arasındakı 16 oyun isə heç-heçə ilə bitib.

“Neftçi” ilə “Dinamo” arasındakı sonuncu matç 2004-cü ilə təsadüf edib. Komandalar arasında baş tutan yoxlama matçında qalib müəyyənləşməyib – 2:2.

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button