“Neftçi” bürünc medala sahib çıxdı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bürünc medal uğrunda görüşdə “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:17, 25:17, 25:13).

Beləliklə, “ağ-qaralar” ölkə çempionatında bürünc mükafata sahib çıxıb.

Saat 16:00-da final qarşılaşması baş tutacaq. “Xilasedici” və “Ordu” münasibətlərə aydınlıq gətirəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button