“Neftçi” bunu 20 ay gözləmişdi

“Neftçi” Azərbaycan Premyer Liqasında 20 aydan sonra “Qarabağ”dan xal alıb.

Komanda.az xəbər verir ki, bu, 24-cü turun oyununa təsadüf edib.

“Azersun Arena”dakı görüş 1:1 hesabı ilə başa çatıb. “Ağ-qaralar” əvvəlki 6 qarşılaşmada rəqibinə məğlub olub. Paytaxt təmsilçisinin son qələbəsi 2021-ci il mayın 19-da qeydə alınıb.

Həmin vaxt “Neftçi” son dəqiqələrdə Ahmed Ahmedovun vurduğu qolla çempionluğunu rəsmiləşdirib.

Hazırkı matç həm də yubileylə əlamətdar olub. Bu, tərəflər arasındakı 90-cı oyun kimi tarixə düşüb.

Bundan əlavə, “köhlən atlar”ın qalib gəldiyi son 6 görüşdə 3 və daha qol vurulmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button