Nazim Süleymanovun “Ximki”də köməkçisi məlum oldu

Rusiyanın “Ximki” klubunun əvəzedici komandasının baş məşqçisi Nazim Süleymanovun köməkçisi məlum olub.

Komanda.az xəbər verir ki, bu posta Emin Ağayev təyin edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin keçmiş üzvü bundan əvvəl klubun U-19 komandasında da Süleymanovun köməkçisi olmuşdu.

Azərbaycan millisinin sabiq kapitanı olan Nazim Süleymanov bu ay “Ximki”nin əvəzedici komandasının baş məşqçisi təyin edilib. O, bundan əvvəl klubun U-19 komandasına rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button