Nazim Süleymanovun çalışdığı klubda ayrılıq

“Ximki”nin hücumçusu Markos Gilyerme Yaponiyanın “V-Varen Naqasaki” klubuna keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onunla imzalanan müqavilənin şərtləri ilə bağlı məlumat verilməyib. O, Asiya təmsilçisinə azad agent kimi qoşulub.

27 yaşlı braziliyalı futbolçu başa çatan mövsümdə “Ximki”nin heyətində 10 oyuna çıxıb və bir qol vurub.

Xatırladaq ki, azərbaycanlı mütəxəssis Nazim Süleymanov da Rusiya klubunun U-19 komandasını çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button