Nazim Süleymanov “Ximki”də!

Azərbaycanlı məşqçi Nazim Süleymanov fəaliyyətini Rusiyada davam etdirəcək.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Süleymanov Rusiya Premyer Liqasında mübarizə aparan “Ximki” klubunun 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunub. O, artıq “Ximki”nin düşərgəsindədir.

Nazim Süleymanov əvvəllər “Xəzər Lənkəran”, “Neftçi”, “Olimpik Şüvəlan”, “Sumqayıt” kimi komandaların baş məşqçisi olub.

Azərbaycan millisinin keçmiş futbolçusu daha çox Rusiyanın “Alaniya” klubundakı çıxışı ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button