“Napoli” – “Çelsi” finalı olsa…” – Sarri

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində “Malmö”yə 2:1 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri, oyundan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, komandadakı problemlərin həll olunacağına ümid etdiyini deyib:

“Premyer Liqada 0:6 hesabı ilə məğlub olduqdan sonra oynamaq asan deyildi. Təəssüf ki, hazırda komanda 90 dəqiqə boyunca eyni diqqətlə oynamır. Bu problemlər İngiltərədə ilk ilini keçirən hər bir baş məşqçinin başına gəldi. Buna görə də, bunların tez bir zamanda həll olunacağına ümid edirəm”.

60 yaşlı mütəxəssis, Avropa Liqasının finalına qədər keçmiş komandası “Napoli” ilə qarşılaşmaq istəmədiyini deyib:

“Napoli” ilə qarşılaşmaq istəmirəm, çünki çox həssas olar. Amma “Napoli” – “Çelsi” finalı olsa, bundan çox məmnun olaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button