Nəriman ABŞ kuboku matçında oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” komandasının heyətində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu ölkə kubokunun 1/8 finalında, “One Knoxville” ilə matçda meydanda olub.

Qarşılaşmaya start heyətində başlayan forvard sonadək əvəzlənməyib. Görüş “Kolambus Kryu”nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəriman Axundzadə fevralda MLS təmsilçisi ilə anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button