
Mainunun maaşı artırılacaq
“Mançester Yunayted” yarımmüdafiəçisi Kobbi Mainu ilə yeni müqavilə üzrə danışıqları davam etdirir.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, tərəflər uzunmüddətli yeni sözləşmə imzalamağa yaxındır və müqavilə çərçivəsində ingiltərəli futbolçunun maaşının bir neçə dəfə artırılması planlaşdırılır.
21 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. Onun bazar dəyəri təxminən 50 milyon avro olaraq qiymətləndirilir.
Mainu bu mövsüm Premyer Liqada 23 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



