AFFA erməni üçün razılıq verdi

“Arsenal”ın erməni futbolçusu Henrik Mxitaryan Avropa Liqasının Bakıdakı final oyununda iştirak edəcək.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən TASS-a məlumat verilib.

UEFA-nın digər ölkələrdəki oyunlarında iştirakına görə futbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublara və səfirliklərə məktub göndərilməsi standart qaydadır. Bununla bağlı UEFA və “Arsenal”, AFFA-dan təsdiq tələb edib və AFFA-da buna müsbət yanaşıb.

AFFA, UEFA-ya Mxitaryanın Bakıya gəlməsiylə bağlı bir problemin olmadığını və lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

Avropa Liqasının finalında “Çelsi” ilə “Arsenal” qarşılaşacaq. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button