Musa Qurbanlının komanda yoldaşı “Barselona”ya keçir

Azərbaycanlı futbolçu Musa Qurbanlının İsveç “Yurqorden”indəki komanda yoldaşı Lukas Berqvall İspaniya nəhəngi “Barselona” ilə anlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar 17 yaşlı yarımmüdafiəçinin transferində razılığa gəliblər. Stokholm təmsilçisi bu keçiddən 7 milyon avro qazanacaq. Bonuslarla birlikdə məbləğ 10 milyon avroya qədər arta bilər. Klublar bu həftə keçidi rəsmən açıqlayacaqlar. Berqvall yeni komandasına mövsümün sonunda qoşulacaq.

Lukas Berqvall 2023-cü ilin fevralından formasını geyindiyi “Yurqorden”in heyətində 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button