Murad Mahmudov oynadı, “Frankfurt” qalib gəldi

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Frankfurt” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Frayburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb -1:0.

Murad da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Mahmudov 75-ci dəqiqədə əvəzlənib.

Frankfurt təmsilçisi 20 turdan sonra 9 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button