“Müəyyən bir yaşa gələndə, bu cür müqavilələr imzalamağımız lazım olur” – Tyaqo Silva

Yay transfer pəncərəsi dövründə PSJ-dən “Çelsi”yə keçən Tyaqo Silva açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu ilə 1+1 illik müqavilə əsasında anlaşan braziliyalı futbolçu, “zadəganlar”dakı çıxışı və hədəfləri barədə danışıb:

“Məncə, müəyyən bir yaşa gələndə, bu cür müqavilələr imzalamağımız lazım olur. Burda əlimdən gələni edəcəyimdən və komandaya fayda verəcəyimdən şübhə etmirəm. Müqavilə məsələsi ilə bağlı narahat deyiləm – “Çelsi” müqaviləni yeniləmək istəyəcək, ya yox, bilmirəm. Gözləntiləri qarşılamasam və ya fayda verə bilməsəm, bu barədə danışacağıq.

Bu dəyişikliyin mənim üçün yaxşı olacağına inanıram. Əsas hədəfim iki il sonra keçiriləcək dünya çempionatında iştirak etməkdir. Həmin vaxt 38 yaşım olacaq. Bu, mənim üçün böyük məsuliyyətdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button