İki futbolçu Argentina yığmasının düşərgəsini tərk etdi

Müdafiəçi Kristian Romero və yarımmüdafiəçi Covanni Lo Çelso Argentina milli komandasının düşərgəsini tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu yığmadan ayrılaraq çıxış etdikləri “Tottenhem” klubuna qayıdıblar.

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya – Argentina matçının startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar. Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button