Mübariz Mənsimovdan zəlzələdə zərər çəkənlərə yardım

Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.

Komanda.az xəbər verir ki, “Xəzər Lənkəran” klubunun keçmiş prezidenti, azərbaycanlı iş adamı, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov da bu kampaniyaya qatılıb.

Mənsimovun nümayəndəsi canlı efirdə tanınmış türkiyəli sənətçi Hülya Avşara zəng edərək, “Palmali Holding” rəhbərinin də ianələrə qoşulmaq istədiyini bildirib. Azərbaycanlı iş adamı 2 milyon lirə, 200 prefabrik ev, 130 çadırdan ibarət çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyi veriləcəyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button