“Mübarizə bitməyib” – ABŞ millisinin kapitanı

ABŞ millisinin kapitanı Tayler Adams DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun İngiltərə ilə matçını (0:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu İngiltərə yığması barədə fikirlərini bildirib:

“Qələbəyə layiq olduğumuza əmin deyiləm. İngiltərə millisinin heyəti inanılmazdır. Onların da, bizim də şanslarımız var idi”.

Adams mübarizənin hələ davam etdiyini və qrupun son matçında da yaxşı mübarizə aparacaqlarını deyib:

“Biz çox yaxşı mübarizə apardıq və güclü tərəflərimizi göstərdik. Mübarizə bitməyib. Bizi İranın keyfiyyətli komandası ilə oyun gözləyir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button