“Mançester Siti” Fernandinyonun yerinə onu transfer etmək istəyir

“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” 22 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Şəhərlilər” Bennaseri klubla müqaviləsi növbəti mövsümdə başa çatacaq Fernandinyonun əvəzedicisi kimi transfer etmək istəyir. İngilislərin futbolçu üçün danışıqlara başlamağa hazır olduğu bildirilir.

Məlumata görə, “Milan” Bennaser üçün 50 milyon avrodan aşağı məbləğdəki transfer təkliflərini dəyərləndirməyəcək.

Əlcəzairli futbolçu PSJ-nin də maraq dairəsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button